Dərc edilib: 29-06-2019

https://www.nuh.az/20003-.html

Gülnarə Kərimova dövlətə 32 milyon dollar qaytarıb (RƏSMİ)

29.06.2019 18:35:50

Günün sitatı

 

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova dövlətə 1,2 milyard dollar qaytarmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bəyanatla çıxış edib. Ötən günlərdə G.Kərimovanın sosial şəbəkə hesabında bu məbləği dövlətə qaytarması barədə xəbərlər yayılmışdı. Nazirliyin məlumatına görə, prezident qızı ötən il 20,2 milyon, bu il isə 11,8 milyon dollar qaytarıb. Onun Özbəkistana vurduğu zərərin məbləği 2 milyard dollar təşkil edir.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildə korrupsiya, rüşvətxorluq, fırıldaqçılıq və s. ittihamları isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib