Dərc edilib: 01-07-2019

https://www.nuh.az/20008-.html

Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - Foto

01.07.2019 10:52:32

Hadisə

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.

 

“Qafqazinfo” xəbər verir ki, söhbət “Mercedes Benz S 350” markalı maşından gedir. Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb. Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub. Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib