Dərc edilib: 02-07-2019

https://www.nuh.az/20021-.html

Vahid Əhmədovun oğlu prokuror oldu

02.07.2019 17:25:50

Maraqlı

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. 


Azvision.az  xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.
Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib