Dərc edilib: 02-07-2019

https://www.nuh.az/20022-.html

İlham Əliyev Lukaşenkoya zəng etdi

02.07.2019 17:40:54

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı olub.


“Qafqazinfo” Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

İlham Əliyevlə xanımı Lukşenkonu qarşıdan gələn Müstəqillik günü və II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik ediblər. 

Həmçinin, gələcək ikitərəfli görüşlərin qrafiki və Belarusla Azərbaycan arasında münasibətlərin inkişafı müzakirə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib