Dərc edilib: 03-07-2019

https://www.nuh.az/20028-.html

Yaponiyada bir milyona yaxın insan təxliyə ediləcək

03.07.2019 14:03:01

Dünya

Yaponiyanın cənub-qərbindəki Kaqoşima bölgəsində müşahidə edilən güclü yağışlar səbəbilə 3 şəhərdə 800 min nəfərin evakuasiyası barədə qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, əhaliyə güclü yağışların sel və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ünvanlanıb.
Qeyd edək ki, ötən ilin iyul ayında güclü yağışlar Yaponiyada 222 nəfərin həyatına son qoymuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib