Dərc edilib: 04-07-2019

https://www.nuh.az/20039-.html

Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

04.07.2019 16:39:33

Reportaj

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

 Qafqazinfo-nun  verdiyi xəbərə görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.
Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib