Dərc edilib: 05-07-2019

https://www.nuh.az/20048-.html

BDU-nun yeni rektoru baldızı ilə yeznəsini özünə müşavir təyin etdi

05.07.2019 14:18:41

Günün sitatı

Ötən ayın əvvəlində Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub.

Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir.
Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.
Demokrat.az-ın məlumatına görə, keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir.
Elçin Babayev daha bir qohumunu – II həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib.
Məsələ ilə bağlı BDU-nun mətbuat xidməti sözügedən məlumatı nə təkzib, nə də təsdiq etməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib