Dərc edilib: 06-07-2019

https://www.nuh.az/20056-.html

İlham Əliyev Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat etdi

06.07.2019 14:42:20

Cəmiyyət

 

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 
 "Report"   xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Seyfulla Əzimov təyin edilib. 
S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 
2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  
DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib