Dərc edilib: 09-07-2019

https://www.nuh.az/20090-.html

Abel Məhərrəmovun beşulduzlu istirahət mərkəzi (FOTO)

09.07.2019 19:06:27

Region

Vəzifəsindən səs-küylü qalmaqaldan sonra azad edilən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla bağlı yeni iddia var.

 sfera.az   xəbər verir ki, bu haqda sosial şəbəkələrdə paylaşımlar edilib. Belə ki, bu dəfə Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu istirahət mərkəzinin görüntüləri yayılıb.
Məlumata görə, fotoları yayılan obyekt keçmiş rektorun Nabrandakı beş istirahət mərkəzindən yalnız biridir.
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib