Dərc edilib: 09-07-2019

https://www.nuh.az/20091-.html

8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı (VİDEO)

09.07.2019 19:41:50

Günün sitatı

Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb. 

 

 “Qafqazinfo”nun n məlumatına görə, 99 LH 458 nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib: 

“Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib