Dərc edilib: 10-07-2019

https://www.nuh.az/20097-.html

Bakıda dəhşət: Prezident təqaüdçüsü olan dörtqat çempion xanım intihar etdi

10.07.2019 11:02:33

İdman

 

Avropa çempionu olan gimnastımız intihar edib.
APA    xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, A.Məmmədzadə prezident mükafatçısıdı və akrobatika üzrə dörtqat Avropa çempionudu

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib