Dərc edilib: 10-07-2019

https://www.nuh.az/20111-.html

Prezident Gerasimovu və Voltersi qəbul etdi - Foto

10.07.2019 17:10:27

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıldı.

***

Bundan başqa, dövlət başçısı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib