Dərc edilib: 11-07-2019

https://www.nuh.az/20115-.html

Buzovnadakı 289 saylı uşaq bağçasının müdirəsi Təranə Zeynalovanın "pul sezon"u

11.07.2019 15:04:14

Mədəniyyət

Bəzi  "hərşeyşünas"lar iddia edir ki, guya rüşvətxorluq  bizim millətin qanındadır. Bunu sübut etmək üçün dahi Füzulinin "Salam vedim rüşvət deyildir deyə almadılar" misrasını əsas gətirənlər də az deyil.   Hətta bir neçə il əvvəl keçmiş millət vəkili, sonradan həbsxana həyatı yaşayan, hazırda meşədi xanım olan Gülər Əhmədova da iddia edirdi ki, guya rüşvət bizim milli mentalitetimizdən irəli gəlir. Ancaq bütün bunlar mənasız fikirlərdir. Əslində bizdə mövcud olan reallıq insanları rüşvət verməyə və almağa məcbur edir. Bunun milli-etnik-dini mənsubiyyətə dəxli yoxdur. Belə ki, ilk dəfə uşaq bağçasına qədəm qoyan uşaq görür ki, valideyni onun bağçaya götürülməsi üçün bağça müdirəsinə rüşvət verməyə məcburdur. Və bu məqam uşağın yaddaşında ömürlük qalır. Beləcə az yaşlı uşaqda rüşvət vermək və almaq barədə "travma" yaranır. Və bu ömürlük dvam edir

 

Belə bağça müdirələrindən biri də  Buzovna qəsəbəsində yerləşən 289 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Təranə Zeynalovadır. Məlumat üçün qeyd edək ki, 1976-cı ildən fəaliyyət göstərən bağça  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidən qurulub. Və 2013-cü ildə bağçanın açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. NUH.az-a daxil olan məlumata görə, dövlətin hesabına yenidən qurulan bağçanın müdirəsi Təranə Zeynalova körpə uşağların bağçaya qəbulu üçün 300-400 manat tələb edir. Pul olmadıqda isə müdirə xanım "yerimiz yoxdur"  cavabı ilə valideynləri başından edir. Bir soruşan yoxdur ki, bu uşaq bağçası  Təranə xanımın özəl müəssisəsidir, yoxsa dövlətin? Bəlkə bağçanın yenidən qurulması, təmiri üçün Təranə Zeynalova cibindən pul xərcləyib? Yaxşı olar ki, bu suallara cavabı hüquq-mühafizə orqanları Təranə Zeynalovadan soruşsun. Hazırda  Təranə Zeynalovanın "pul sezon"u başlayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib