Dərc edilib: 11-07-2019

https://www.nuh.az/20118-.html

Bakıda yüksək rütbəli məmurun oğlu intihar etdi

11.07.2019 16:28:46

İdman

Hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib.


Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib