Dərc edilib: 12-07-2019

https://www.nuh.az/20126-.html

Eks-nazir təcili Almaniyaya aparıldı

12.07.2019 19:17:49

İdman

Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyaya aparılıb.

 "Yeni Sabah”   xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. 
Xəbərə görə, uzun müddətdir səhhətində problemlər olan Məmmədovun əməliyyat ehtiyacı yaranıb. Buna görə də o, Almaniyanın məşhur Haydelberg Xəstəxanasına aparılıb. Onun mədəsindən əməliyyat olunacağı deyilir.
F. Məmmədov uzun müddət idi ki, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunurdu. Xəstəxanadan "Yeni Sabah”a deyilib ki, sabiq nazir bir müddət əvvəl xəstəxananı tərk edib: 
"Sadəcə onu deyə bilərik ki, Fazil Məmmədov hazırda bizim xəstəxanada deyil. Hara aparılması haqda da heç bir məlumatımız yoxdur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib