Dərc edilib: 13-07-2019

https://www.nuh.az/20127-.html

Ayaz Mütəllibov Mehriban Əliyevaya təşəkkür etdi

13.07.2019 16:08:56

Cəmiyyət

Azərbaycan ilk Prezidenti Ayaz Mütəllibov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevayatəşəkkür edib.
Hhəyat yoldaşını itirən eks-prezident Modern.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib:
"Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm". 
Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib