Dərc edilib: 14-07-2019

https://www.nuh.az/20133-.html

“Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib”

14.07.2019 12:27:14

Cəmiyyət

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.

“Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”, - Mehriban Əliyeva qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib