Dərc edilib: 14-07-2019

https://www.nuh.az/20137-.html

Şəki Xan sarayında ağac aşdı - 19 nəfər yaralandı + Yenilənib + Video

14.07.2019 14:42:04

Reportaj

Şəki Xan sarayında hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, sarayın həyətindəki böyük çinar ağacı aşıb. Ağacın budağının ziyarətçilərin üstünə düşdüyü bildirilir. Yaralıların olduğu deyilir.  

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. 2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.

**

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralanan şəxslərdən 5-i Suriya, 2-si isə Rusiya vətəndaşıdır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib