Dərc edilib: 15-07-2019

https://www.nuh.az/20145-.html

Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu - Fotolar

15.07.2019 10:44:04

Dünya

Ukrayna Prezidenti Vladimir Zelenskinin korteji Zaporojye bölgəsində sərnişin avtobusu ilə toqquşub.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, insident “Volkswagen Touareg” markalı iki avtomobil və istirahətdən qayıdan uşaqların olduğu avtobusun iştirakı ilə baş verib.

Qeyd olunur ki, qəza anında prezidentin avtomobili kortejdə olmayıb, Dövlət Təhlükəsizlik İdarəsinin xüsusi heyəti olub. Belə ki, Zelenski paytaxt Kiyevə təyyarə ilə geri dönüb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozduğuna görə baş verdiyi bildirilir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib