Dərc edilib: 15-07-2019

https://www.nuh.az/20151-.html

Azərbaycan rəqsləri - Giresun festivalinda

15.07.2019 14:43:57

Mədəniyyət

Azərbaycan rəqsləri - Giresun festivalinda 13-14 iyul 2019 tarixində Türkiyə, Giresun Kulakkaya yaylasında "Ağaçbaşı-Kulakkaya yayla Kültür və Sanat festivali kecirildi.

 

Festival uluslararası miqyasda idi. Azərbaycan, Gurcustan,Afrika olkələrindən qatılanların iştiraki ilə açıq havada-Qara dəniz yaylalarında düzənlənən bir cox festivallar kimi bu festival da bənzərsiz sayıla bilərdi. Festivalda Azərbaycan rəqsləri fərqli cazibə yaradırdı.

Hərəkətli Qara dəniz horonları,türk xalq musiqisi, gürcülərin cevik rəqslərinə bir rəng də qatılmıştı.

Ankaradaki Azərbaycan Dans və Sanat kulübünün başkanı, 2-ci dərəcə antrenör, yazar Dərya Akdemir solo rəqsləriylə  Azərbaycani giresunlulara, festivalin qonaqlarina tanıtdı.

Bir Qarabağ köçkünün qızı olan Derya Akdemir vətən sevdalısı olaraq Azərbaycan rəqsləri ilə  dünyanı gəzir, canından cox sevdiyi Vətənini, Qarabağ həqiqətlərin insanlara çatdirma yolunda yorulmadan çalışır.

 

  NUH.az 

 

 

 

 

 

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib