Dərc edilib: 16-07-2019

https://www.nuh.az/20158-.html

Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi

16.07.2019 11:10:37

Reportaj

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, öz ərizəsi ilə, digər işə keçdiyinə görə bu vəzifəsindən uzaqlaşıb. 

Məlumatı nazirliyin şöbə müdiri Fazil Talıblı təsdiqləyib.

Xatırladaq ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri olan Elman Cəfərov 2018-ci ilin avqustunda nazir tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunmuşdu. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib