Dərc edilib: 16-07-2019

https://www.nuh.az/20160-.html

Onların bir də “qoca” halını görün... - Fotolar

16.07.2019 14:28:53

Dünya

Son günlər sosial şəbəkələrdə “faceapp” tətbiqindən istifadə geniş hal alıb. Belə ki, onun əsasında istənilən şəxsi “qocaltmaq” mümkündür. Bugünə qədər dünyada 50 milyondan çox istifadəçi mobil telefonuna  tətbiqin ödənişsiz versiyasını yükləyib. Hətta, artıq bəzi məşhur şəxslər də yeni #FaceappChallenge.-ə qoşulublar.

“Qafqazinfo” xəbər verir ki, “spletnik.ru” saytı da bir çox şəxslərə bu proqram vasitəsilə “yaş aldırıb”. Bu sırada Rusiya Prezidenti Vladimir Putin, onun mətbuat katibi Dmitri Peskov, müğənni Alla Puqaçova, modellər İrina Şeyk və Miranda Kerr, İngiltərə şahzadələri Keyt Middlton və Meqan Markl, iş adamı, milyarder roman Abramoviç, amerikalı TV ulduzu Kim Kardaşyan və digərlərinin adını çəkmək olar.

 












 

NUH informasiya agentliyi səhifəsindən çap edilib