Dərc edilib: 16-07-2019

https://www.nuh.az/20162-.html

İçimizdəki ağrılardan ibarət vətən səsimizi batırmaq istəyirlər VİDEO

16.07.2019 15:23:41

Müsahibə

İçimizdəki ağrılardan ibarət vətən səsimizi batırmaq istəyirlər, nə yaxşı ki...

 

“Azərbaycan Müharibə veteranları İctimai Birliyi” tərəfindən vətənpərvərlik mövzulu tədbir keçirilmişdir.

 

Tədbirin əsas mövzusu Azərbaycanın mənəvi varlıqları olan qazilər və şəhidlərimizə hörmət etməyənləri, daxili düşmənləri etdikləri pis əməldən çəkindirməkdən ibarət olub. İctimai birliyin sədri Fizuli Rzaquliyev, Qarabağ qazisi, Çeçenistan Milli Qəhrəmanı və 20 yanvar faciəsi əlili Arif Məhərrəmov, dünya və Avropa çempionu Araz Musayev, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Məhəbbətqızı, “Qərbi Azərbaycan Press” qəzetinin təsisçi və baş redaktoru Mürvət Yusifov, “Respublika Şəhid Ailələrinə Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyev, “TAL MMC” Mühafizə Xidmətinin təsisçi və direktoru, hüquqşünas Hafiz Novruzov və digərləri tədbirdə iştirak edib. İştirakçılar müharibə veteranlarına, qazilərə, şəhidlərə xüsusilə Milli Qəhrəman Mübariz İbrahimov və qazi Arif Məhərrəmova hörmətsizlik edən və onları incidənləri Azərbaycanın şanlı tarixinə baxmağa və ədalətli olmağa səsləyiblər.Arif Məhərrəmov 1-ci Qarabağ müharibəsi başlayan zaman könüllü cəbhəyə yollanmış, Xocalıda, Ağdamda döyüşlərdə iştirak etmişdir. Çeçenistanda göstərdiyi igidliyə görə, paytaxt Qroznının ilk fəxri vətəndaşı adına layiq görülüb. İllərlə səhhətindəki problemlərdən əziyyət çəkən qazinin başında müharibənin acı xatirəsindən iki qəlpə qaldığı aşkar olunub.


Mehman Nəbiyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib