Dərc edilib: 19-07-2019

https://www.nuh.az/20189-.html

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

19.07.2019 15:46:23

Reportaj

"Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

 

banker.az   xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb. A.Mansurov həmçinin, bu ilin yanvarında "AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib. Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura "Azericard” MMC, ABB və "Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir. Eldar Mansurovun daha bir oğlu - Ülvi Mansurov da bank sahəsində çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib