Dərc edilib: 22-07-2019

https://www.nuh.az/20211-.html

Prezident qəzetlərlə bağlı - Sərəncam verdi

22.07.2019 14:57:53

Siyasət

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.


"Qafqazinfo" xəbər verir ki, Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib