Dərc edilib: 25-07-2019

https://www.nuh.az/20233-.html

İlham Əliyevin nəvəsi aparıcılıq edəcək

25.07.2019 12:07:49

Mədəniyyət

Azərbaycan prezidenti İlham Əliyevin nəvəsi Əli Ağalarov atası Emin Ağalarovun Bakıda təşkil etdiyi "Jara" musiqi festivalında "Festivalın gündəliyi"ni çəkəcək.

 BAKU.WS   xəbər verir ki, 12 yaşlı Əli bu barədə sosial şəbəkədə məlumat yayıb.
O, bütün festival ərəfəsində qırmızı xalıdan, kulis arxasından maraqlı videoreportajlar, eləcə də ulduzlarla müsahibələr hazırlayıb təqdim edəcək.
Qeyd edək ki, "Jara" musiqi festivalı 25 — 28 iyul tarixlərində keçiriləcək.
Əli Ağalarov Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın və xalq artisti Emin Ağalarovun oğludur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib