Dərc edilib: 26-07-2019

https://www.nuh.az/20243-.html

Neftçala rayonu "baş notarius"suz qalıb

26.07.2019 12:06:11

Region

Neftçala rayonu  "baş notarius"suz qalıb 

 
Dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsi  və sənədlərin möhür ilə təsdiq edilməsi ilə Ədliyyə Nazirliyinin tabeçiliyində olan  rayon  notariat  kontorları məşğul olur. Demək olar ki, hər gün  vətəndaşlar bu kontorlara müraciət etməli olurlar. Neftçalada da belədir . Amma bu rayonda pis bir ənənə yaranıb.

 

NUH.az-a daxil olan məlumata görə, hər il  dövlət notariusu Nəcəfova Səadət Əşrəf qızı   əmək məzuniyyətinə çıxanda rayonda aləm qarışır  bir-birinə. Vətəndaşlar hara müraciət edəcəklərini bilmirlər. Və Səadət xanımın nə vaxt iş başına qayıdacağını günlərlə, həftələrlə gözləməyə məcbur olurlar. Guya Səadət xanım "otpuska"da  olanda   Neftçaladan olan vətəndaşların müraciətinə Salyanın baş notariusu Mirismayıl Hüseynov baxmalıdır.  Nə vaxt, necə baxmalıdır, bax bunu bilən yoxdur. İndi Neftçala camaatı "Əhməd haradadır?"  filmindəki kimi "Səadət xanım haradadır?"  sualı üzərində baş sındırır. Görəsən cənab ədliyyə naziri  Fikrət Məmmədov bu barədə nə düşünür ? 

NUH informasiya agentliyi səhifəsindən çap edilib