Dərc edilib: 30-07-2019

https://www.nuh.az/20277-.html

Azərbaycanda məmur oğlu həbs edildi - Söyüşə görə

30.07.2019 09:00:26

Maraqlı

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.


 APA   xəbər verir ki, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib