Dərc edilib: 31-07-2019

https://www.nuh.az/20285-.html

Prezident icra başçısını işdən çıxardı

31.07.2019 09:09:37

Hadisə

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Şımkent meri Qabidulla Əbdürrəhimovu Londonda çəkdiyi videosuna görə vəzifəsindən azad edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Əbdürrəhimov İnstaqramda paylaşdığı videosunda Londonu dünyanın paytaxtı adlandıraraq “Qazaxıstanda yaşayıb-işləyəsən, ancaq bütün planeti gəzəsən” deyib. İcra başçısının bu sözləri izləyicilərin kəskin etirazına səbəb olub. Əbdürrəhimov yaltaqlıqda ittiham olunub.

Prezident administrasiyası meri etimadı doğrultmadığı üçün işdən azad etdiyini açıqlayıb. Həmçinin, məmurlara xalqın əsl xidmətçisi olmaq və buna uyğun davranmaq tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib