Dərc edilib: 02-08-2019

https://www.nuh.az/20306-.html

7 yaşlı uşağın ağzından 526 diş çıxarıldı - Fotolar

02.08.2019 12:25:24

Reportaj

Hindistanda diş ağrısı ilə həkimə aparılan 7 yaşlı uşağın ağzından 526 ədəd diş çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ravindran adlı uşaq şiddətli diş ağrısı və çənəsindəki şiş səbəbindən xəstəxanaya yerləşdirilib. 3 yaından diş ağrısı çəkən, ancaq həkimdən qorxduğu üçün heç bir klinikaya getməyən uşağın ağız boşluğu rentgen edildikdən sonra həkimlər şoka düşüb. Ravindranda milyonda bir rast gəlinən “kompozit ondontome” xəstəliyi aşkarlanıb.

Çənəsindən diş kisəsi çıxarılan oğlan əməliyyatdan yalnız 3 gün sonra ayıla bilib. Kisənin içərisində irili-xırdalı 526 diş olub. Ravindran 16 yaşında implant müalicəsinə başlamalıdır.

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib