Dərc edilib: 04-08-2019

https://www.nuh.az/20323-.html

“Şərurlu İsfəndiyar”ın oğlu “Bentley”ni su kanalına salıb? - Video

04.08.2019 13:26:59

Dünya

Azərbaycanda "Bentley Continental" markalı avtomobil su kanalına düşüb. 

 

baku.ws   xəbər verir ki, hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb. 

Hadisə yeni baş verdiyindən ərazidə FHN əməkdaşları və DYP nümayəndələri gözə dəymir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" avtomobili "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı,  "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğluna məxsusdur.

Qeyd edək ki, "Bentley Continental" avtomobilinin son modelinin qiyməti 430 min AZN dəyərindədir.
 
İş adamı demokrat.az-a açıqlamasında oğlunun avtomobilinin kanala düşməsi xəbərini təsdiqləməyib:

"O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil". 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib