Dərc edilib: 04-08-2019

https://www.nuh.az/20325-.html

Alman nazir varşavalılardan üzr istədi

04.08.2019 13:45:49

Günün sitatı

Almaniyanın Xarici İşlən naziri Hayko Maas Polşa paytaxtının Volya rayonunda Varşava üsyanının 75-ci ildönümü şərəfinə keçirilmiş mərasimdə çıxış edib.
Qaynarinfo xəbər verir ki, nazir çıxışı zamanı varşavalılardan üzr istəyib.
"Mən sizin ölkənizdə almanlar tərəfindən və almanların naminə törədilmiş əməllərə görə xəcalət çəkirəm. Mən xəcalət çəkirəm ki, müharibədən sonra uzun müddət bu barədə susublar” deyə Hayko Maas bildirib.
Qeyd edək ki, 1944-cü ilin avqust ayında SS-çilər həmin ərazidə 40 minə yaxın polyakı güllələyiblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib