Dərc edilib: 05-08-2019

https://www.nuh.az/20327-.html

“Sədərək”dəki yanğın söndürüldü

05.08.2019 12:10:37

İdman

“Sədərək” ticarət mərkəzində anbarda baş vermiş yanğın tam söndürülüb.


Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib:

“Hadisə yerinə 2-ci dərəcəli çağırışla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğın tamamilə söndürülüb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerində olub və ən son məlumatları verib. Bildiyiniz kimi, çox böyük bir yanğın olub. Yanğının səbəbləri barədə araşdırma aparıldıqdan məlumat veriləcək”.

Qeyd edək ki, əvvəlcə parfümeriya anbarında baş vermiş, daha sonra isə şirniyyat anbarına yayılmış yanğında 7 FHN əməkdaşı zəhərlənib. Hadisə yerinə 25-dən çox yanğınsöndürən maşın, 120-dən çox yanğınsöndürən cəlb olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib