Dərc edilib: 05-08-2019

https://www.nuh.az/20331-.html

Hindistan Kəşmirin muxtariyyətini ləğv etdi

05.08.2019 14:00:49

Dünya

Hindistan Cammu və Kəşmirin muxtariyyətini ləğv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN rəhbəri Amit Şah məlumat verib. Ərazinin muxtar bölgə statusunu müəyyənləşdirən 370 saylı qanun etibarsız elan edilib.
Cammu və Kəşmirdə hazırda gərgin vəziyyət hökm sürür. Bəzi yerlərdə mobil əlaqə və internet kəsilib, mitinqlər qadağan edilib. Ötən gündən bəri bölgənin sabiq rəhbəri Məhbub Müfti və sabiq Baş naziri Ömər Abdulla həbsdə saxlanılır.
Qeyd edək ki, Kəşmir Hindistan və Pakistan arasında mübahisəli bölgədir. Hindistan muxtar vilayəti öz tərkib hissəsi etmək istəyir. 
Pakistan XİN Hindistanın qərarına münasibət bildirərək qeyri-qanuni addımlara qarşı cavab verəcəklərini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib