Dərc edilib: 06-08-2019

https://www.nuh.az/20343-.html

Davud Bağırov bacısı Cəmilə Bağırovanın vasitəsilə Merim Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadəni qanunsuz həbs etdirmək istəyir?!

06.08.2019 17:03:42

Hadisə

Məlumat üçün bildirmək istəyirik ki, Bağırov Davud Zöhrab oğlunun hələ keçən il vermiş olduğu şikayətinə görə konustitusiya məhkəmənin 25 iyul 2018-ci il tarixiylə çıxarmış olduğu qərarıyla Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədr Ə.Mirzəliyev, hakimlər: T.Qoldman və E.Vəliyeva tərkibdə) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadını qüvvədən düşmüş hesab etmişdi.

Məlum olduğu kimi Bağırov Davud 13 noyabr 2017-ci il tarixində şikayətini konustitusiya məhkəmənin dəftərxanasına təqdim etmişdi. İş materalları isə AR Ali Məhkəmə tərəfindən 18 dekabr 2017-ci il tarixində konustitusiya məhkəmənin dəftərxanasına çatdırılmışdı.

Respublikanın Konstitusiya Məhkəməsi (sədrlik etmiş Kamran Şəfyevin, məruzəçi hakim Rövşən İsmaylovun, digər hakim Sona Salmanovanın tərkibində) 6 ay 10 gün sonra – 24 may 2018-ci il tarixiylə icrata götürülmüş olunmuşdu (“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 52 maddəsinə əsasən şikayət daxil olduğu gündən 1 ay ərzində şikayətin icraata götürülüb-götürülməməsi haqqında məhkəmənin qərardadı çıxarılmalıdır).


ikiz


28 iyun 2018-ci il tarixində keçirilmiş plenumunun iclasından 27 gün (əslində 35 gündən sonra) 25 iyul 2018-ci il tarixiylə (əslində 02 avqust 2018-ci il tarixində) qərarı tərəflərə xəbər vermədən çıxarmış olmuşdular (“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 63.5 maddəsinə əsasən məhkəmə uzağı 15 (on beş) gün ərzində məhkəmənin iclasında elan edir).

Həmin qərarında Konstitusiya Məhkəməsi cəmi 2 hala alimentə və qəyyumluğa görə xərclərin ödənilməsinə irad tutmuşdu. Biabırçı hal odur ki, Bağırov Davudun tərəfindən verilmiş etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyi halda, Quluyev Azərin həm səlahiyəti, həm də vəkil orderi olmadığı halda plenumun iclasında iştirak və çıxış etməsinln qarşısı konustitusiya məhkəməsi tərəfindən qəsdən alınmamış qalmışdır. 
davud


Həmin iş yenidən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılarkən (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixli Qərardadını konustitusiya məhkəmənin iradlarına əsaslı və qanuni şəkildə hüquqi qiymət verilməsinə baxmayaraq konustitusiya məhkəməsi heç bir əsas olmadan, ən acınacaqlısı isə “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinə əsasən məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında Qərardad çıxarılmalı olduğu halda Qanunun həmin tələblərinə kobud surətdə riayət etməyərək, Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, Hüquqşunas Abdulla Əfəndizadə qeyd etdiyi kimi həmçinin jurnalist araşdırması zamanı da uzə çıxmışdır ki, siz həyat yoldaşınız – AR Ədliyyə Nazirliyin Baş qeydiyyat və notariat idarəsinin Bakı ş-ri Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İskəndarova İradənin qisasını almışdınız.


ceylo


Necə ki, İradə İskəndərova Merim Beishekeyevanın (Beyşekeyevanın) Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan azyaşlı qızı – 02 noyabr 2012 il təvəllüdlü Ceylaya 16 noyabr 2012 il tarixdə Nyu-York şəhərində doğum şəhadətnaməsini verdiklərini gördüyü və bildiyi halda saxtakarlıqla Azərbaycanda da özü də ki, nə Bağırov Davudun, nə də Merim Beishekeyevanın (Beyşekeyevanın) iştirakları olmadan, Etibarnamələri verilmədən Bağırov Davudun bacısı olmuş Bağırova Cəmiləylə qanunsuz “sövdələşmə” əsnasında 12 dekabr 2012-ci il tarixində saxta doğum şəhadətnaməsi vermiş olmuşdu.

İkinci dəfə Bağırov Davud şikayətini vermiş olduqda yenə də həmin məhkəmənin tərkibində (sədrlik etmiş Mahir Muradov, məruzəçi hakim Rövşən İsmaylov, hakimlər: Sona Salmanova, Kamran Şəfyev terkibinde) 18 aprel 2019-cu il tarixiylə (əslində 25 aprel 2019 il tarixindən sonra) çıxarmış olduğu qərardadla icraata götürülmüşdü. Sadəcə “rənglik qatmış olmaq” üçün  məhkəmənin hakimi olmuş Mahir Muradovdan “istifadə etmişdilər”. Yəni bu dəfəki icraatda məhkəmə tərkibinə Mahir Muradov sədrlik etmiş olmuşdu, məruzəçi hakimi yenə də Rövşən İsmaylovdan, digər hakimlər də yenə də Sona Salmanovadan və Kamran Şəfyevdən ibarət idilər. Bununla konustitusiya məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 25 maddəsini-Qərəzsizlik və ədalət prinsipini kobud surətdə pozmuşdular. Belə ki, Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.


ferhad


Eyni zamanda konustitusiya məhkəmənin hakimləri “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46 maddəsini kobud surətdə pozaraq eyni işə eyni tərkibdə təkrar baxmış olmağa “razılaşmışdılar”. “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46.1.1. maddəsinə əsasən hakim (və ya hakimlər) əvvəllər öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində iştirak etmişlərsə özü-özlərinə etiraz verməlidirlər. Bu bir daha onu deməyə əsas verir ki, görünür digər hakimlər Südabə Həsənova, Rafael Qvaladze, Ceyhun Qaracayev və İsa Nəcəfov belə bir qanunsuzluğa qol qoymaq istəməyiblər.

Biz jurnalist araşdırması apardığımız zaman məlum oldu ki, hələ bu günə qədər respublikanın Konstitusiya Məhkəməsi tərəfindən nə qədər haqlı olsalar da ikinci dəfə heç bir vətəndaşların şikayətlərini icraata götürməyiblər. Bu qanunsuzluğun baş vermiş olması bir daha qisasçılıqdan irəli gəlmiş hərəkətin bariz nümünəsi idi.

Bağırov Davudun tərəfindən ikinci dəfə verilmiş şikayətinə görə müəmmalı odur ki, respublikanın konustitusiya məhkəməsi tərəfindən məhkəmə iclasının yazılı aparılmış olması qənaətinə birdən-birə 08 may 2019-cu il tarixində gəlmiş olması barədədir.

Belə ki, +994552550040 mobil telefonundan (bu Konstitusiya Məhkəməsinin plenumunun katibliyindən idi) 08 may 2019-cu il tarixində saat 11:00 radələrində Abdulla Əfəndizadənin mobil telefonuma zəng gələrək, məhkəmə iclasının yazılı aparılacağı barədə məlumat verildi.


abdulla


Abdulla Əfəndizadə də 08 may 2019 il tarixdə hazırladığı, 10 may 2019 il tarixdə konustitusiya məhkəmənin dəftərxanasına Etirazı təqdim etmişdir. 14 may 2019 il tarixdə isə konustitusiya məhkəmənin hakimləri: Həsənova Südabə, Qvaladze Rafaelin, Qaracayev Ceyhunun və Nəcəfov İsanın adlarına Ərizələrini təqdim etməklə, Qoşmada Etirazın surətlərini təqdim etmişdir.

O ki, qaldı məhkəmə prosesinin yazılı prosedurla aparılmış olmasına da əsas olmayıb. Necə ki, “Konstitusiyya Məhkəməsi haqqında” AR Qanunun 27-ci maddəsi Açıqlığı ehtiva edir.

Həmin Qanunun 27.1. maddəsinə əsasən Konstitusiya Məhkəməsində işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, vətəndaşlarin şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini müəyyən edir.

Həmin Qanunun 27.2. maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı, bir qayda olaraq, şifahi aparılır. Tərəflərin və ya maraqlı subyektlərin razılığı olduqda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada işə yazılı prosedurla baxa bilər.

Həmin Qanunun 27.3. maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında məlumat iclasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir. Təxirəsalınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziya və radio ilə elan edilir.

Göründüyü kimi konustitusiya məhkəməsi plenumunun iclasının keçirilməsi barədə məlumatını nə rəsmi dövlət qəzetində, nə də televiziya ilə elan etməmişdi.

“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 27.2 maddəsinə əsasən konustitusiya məhkəməsinin plenumu işə yazılı prosedurla yalnız tərəflərin və ya maraqlı subyektlərin razılığı olduqda baxa bilər. Lakin tərəflərdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin ümumiyyətlə xəbəri olmayıb. Çünki Abdulla Əfəndizadə AR Ali Məhkəməsinin bu işdən xəbərdar olub-olmamasını “incə yolla” öyrənmək üçün 17 may 2019 il tarixdə Ali Məhkəmə ilə danışıb, iş materialları ilə tanış olmaq istədiyimi bildirmişdir.

Ali Məhkəmədən ona bildiriblər ki, iş materialları ilə tanış olmağına problem yoxdur, gəlib tanış ola bilər. Deməli konustitusiya məhkəməsi “Konstitusiyya Məhkəməsi haqqında” AR Qanunun 36.3.1. və 36.3.2. maddələrinin tələblərini kobud surətdə pozaraq iş materiallarını Ali Məhkəmədən tələb etməmişdi. Necə ki, məruzəçi-hakim məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri olan sənəd və materialları toplamalı, dövlət və özünüidarə orqanlarından məsələyə aid olan sənəd, material və işləri tələb etməlidir.

Qəribə hal o idi ki, Bağırov Davudun Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” qaldırmış olduğu iddia ərizəsini də məhz konustitusiya məhkəməyə şikayətini vermiş olduqdan bir neçə gün sonra Sabunçu r-n məhkəməyə təqdim edilmişdi.

Həmçinin həmin iddası üzrə qapalı iclasının keçirilmiş olması Sabunçu r-n məhkəməsindən də bu hadisədən bir gün qabaq- yəni 07 may 2019-cu il tarixində keçirilmiş məhkəmənin hazırlıq iclasında qərara alınmışdı. Baxmayaraq ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) həmin mülki iş üzrə çıxan yeni nümayəndə və vəkili nə qədər israr etsə də ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) heç bir günahı olmadığından, üzü ağ olduğundan, heç nədən çəkinmədiyindən məhkəmə iclaslarının açıq aparılmasını artıq dərəcədə xahiş etsələr də, nədənsə Sabunçu r-n məhkəmənin hakimi olmuş Səmədov Əşir bu hala “etinasız” yanaşmışdı, məhkəmə iclasının qapalı aparılmış olmasında “maraqlı” görünmüşdü.

04 iyun 2019-cu il tarixində Sabunçu r-n məhkəmədə “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” iddia üzrə məhkəmə prossesindən əvvəl Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azərin mənə açıq-aşkar bildirmiş olması ki, həm Sabunçu r-n məhkəməsi, həm də konustitusiya məhkəməsi o səbəblərə görə qapalı və yazılı prosedurla aparmağa qərara almışdılar ki, Abdulla Əfəndizadə iştirak edə bilməsin, hakimləri ifşa edə bilməsin, onların “işinə” mane olmasın.

Abdulla Əfəndizadənin Quluyev Azərə verdiyi suala ki, onların bir ərizəçi olmuş tərəfi kimi konustitusiya məhkəməsindən yazılı prosedurla keçirilmiş olması üçün razılıqları olub-olmayıb sualına Quluyev Azərin verdiyi cavab bu olub ki, nə onlar, nə də Ali Məhkəmə tərəfdən heç bir rəsmi razılıqları olmayıb. Çox qəribə idi ki, hələ 23 may 2019-cu il tarixində Sabunçu r-n məhkəməsi vəsatətlərin müzakirəsini Quluyev Azərin xahişinə görə 04 iyun 2019-cu il tarixə təxirə salmışdı.

04 iyun 2019-cu il tarixində isə Bağırov Davudun qanunsuz yollarla əldə etmiş olduğu səs yazısının Merim Beishekeyevaya (Beyşekeyevaya) aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməsinə dair qərardadı çıxarmışdı. Lakin Merim Beishekeyevanın (Beyşekeyevanın) tərəfindən verilən Vəsatət- harada Bağırov Davudun proktoloji ekspertizasına göndərilməsi heç bir əsası olmadan təmin edilməmişdi, çünki Quluyev Azərin dediyi kimi nə Bağırov Davud, nə də Quluyev Azərin özü bu hala razılıq verməmişdilər.

Baxmayaraq ki, artıq 05 iyun 2019-cu il tarixində Abdulla Əfəndizadə mənbələrdən məlumat alır ki, 03 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsi Bağırov Davudun şikayətini təmin etmişdi, 12 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsindən nəhayət rəsmi şəkildə məlumat ala bilmişdir ki, 03 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsi bütün “hədlərini aşmış olaraq” yenə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixli Qərardadını qüvvədən düşmüş hesab etmişdi.

Əsas məqama fikir verilsə 03 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsi tərəfindən çıxarılmış qərarının giriş hissəsində bu dəfə şikayətin icraata götürülmüş olmasında sədrlik etmiş Mahir Muradovun iştirakı barədə məlumat yoxdur. Lakin keçən ilki plenumdan fərqli olaraq bu dəfə Südabə Həsənovanın adı var idi.

Yeri gəlmişkən keçən ilki plenumda ilk gündən hakim Mahir Muradov iştirak etməmişdir, lakin Südabə Həsənova iclasda iştirak etməsinə baxmayaraq onun adını, soyadını çıxarılmış qərarında qeyd edilməmişdir. Bu hal da ona əsas verir ki, deməli Südabə Həsənova keçən il qanunsuzluqla razılaşmamışdır, lakin bu il görünür ona hansısa vasitələrlə təsir göstərib, plenumun qərarıyla razılaşmış olmasına və yaxud vermiş olduğu xüsusi rəyini itirmiş olmağa “nail olmuşdular”. Ancaq o da görünür ki, hakim Mahir Muradov da vicdansızlığa yol verməmək üçün plenunumun iclasında iştirak etməmişdir.

Qəribə o idi ki, məhz konustitusiya məhkəmənin 03 iyun 2019-cu il tarixində qərarı gizlin halda çıxarmış olduqdan sonra Bağırov Davudun tərəfindən Abdulla Əfəndizadəyə qarşı Sabunçu r-n məhkəməyə xüsusi itiham qaydasında şikayətini təqdim etmişdi. Həmin şikayətdə 2018 ilin noyabr ayından başlamış olaraq 23 may 2019-cu il tarixə qədər dövr də guya Abdulla Əfəndizadə tərəfindən təhqir olunduğunu “iddia etmiş olmuşdu”.

Müəmallı hal odur ki, Bağırov Davudun verdiyi şikayətdə konustitusiya məhkəmənin sədiri kimi Fəryad Abdullayevi, Yasamal r-n məhkəmənin sədiri olmuş Araz Hüseynovu, Sabunçu r-n məhkəmənin sədiri olmuş İlqar Abbasovu və digər şəxslərin də “hüquqlarını müdafiə etmiş olmuşdu”.

Bu hal isə bir daha onu deməyə əsas verirdi ki, bütün bu işlərdə Fəryad Abdullayevin, Araz Hüseynovun, İlqar Abbasovun da iştirakları baş vermiş, Bağırov davudu yönləndirmiş olmuşdular. Hətta Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə vaxtında məhkəmənin hazırlıq iclasının keçirilmiş olacağı barədə bildirişi də vaxtında göndərməmişdilər. Həmin zərfin surətindən məlum olur ki, Abdulla Əfəndizadəyə məhkəmənin bildirişi məhkəmənin hazırlıq iclasının ilk dəfə keçirilmiş olduğu gün – 11 iyun 2019-cu il tarixində göndərilmişdir. 13 iyun 2019-cu il tarixində ünvanına çatmışdı.

Bizə bir məlumat da çatmışdı ki, konustitusiya məhkəmənin sədiri kimi Fərhad Abdullayevin övladı -Abdullayev Həbib ədliyyə nazirinin müavinini əvəz etməli idi. Ən azı isə ədliyyə nazirliyin idarəsinin rəisi olmalı idi. 

 

Bütün bunlarla əlaqədar “Millətinsəsi.İnfo” saytının Respublikanın Konstitusiya Məhkəmənin sədiri Fərhad Abdullayevə bir neçə sualları yaranmasına əsasən ona P N 08 saylı 24 iyun 2019 il tarixli 11 (on bir) sualdan ibarət!: 

1) Hansı əsaslara görə Bağırov Davudun tərəfindən ilk dəfə 13 noyabr 2017-ci ildə verilmiş şikayətinə görə konustitusiya məhkəməsi 6 aydan artıq vaxt keçmiş olduqdan sonra 24 may 2018-ci il tarixiylə icraata götürmüş olmasına;

2) Bağırov Davudun tərəfindən Quluyev Azərin verilmiş etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyi, Quluyev Azərin səlahiyəti və vəkil orderi olmadığı halda 28 iyun 2018-ci il tarixində keçirilmiş plenumunda iştirak və çıxış etmiş olmasına hansı “səbəblərə görə” konustitusiya məhkəmənin “diqqətsiz” yanaşmış olmasına;

3) “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil etdiyi halda “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinə əsasən eyni iş üzrə Bağırov Davudun tərəfindən ikinci dəfə verilmiş şikayətə baxılmış olmasına Qanun yol vermədiyi halda ikinci dəfə necə icraata götürülmüşdü, əgər Fərhad Abdullayev məhkəmənin sədiri kimi icraata götürülmüş olmasında rəsmi olaraq “iştirak etməsə də”, plenum iclasında hansı səbəblərə görə narazılığınızı bildirməməsinə, xüsusi rəyini təqdim etməməyinə;

4) Hakim Mahir Muradovun Bağırov Davudun tərəfindən verilmiş şikayətinə görə palata tərəfindən araşdırılmasında, icraata götürülmüş olmasında sədrlik etmiş olduğu, 17 may 2019-cu il tarixində işə gəldiyi halda (məlum olduğu kimi Bağırov Davudun vermiş olduğu şikayətinə görə həmin gün plenum keçirilib) nədən onun adının və soyadının məhkəmənin tərəfindən 03 iyun 2019-cu il tarixində çıxarılmış qərarında olmamasına;

5) Ali Məhkəmə və ərzəçi olmuş Bağırov Davadun, ona nümayəndə və vəkili olmuş Quliyev Azərin rəsmi razılıqları olmadıqları halda yazılı prosedurun keçirilmiş olmasına hansı əsasların yaranmış olmasına;

6) Yazılı prosedurun aparılmış olmasında Merim Beishekeyeva (Beyşekeyeva) ilə Abdulla Əfəndizadənin plenumun iclasında iştirak edib, konustitusiya məhkəmənin sədiri olmuş Fərhad Abdullayevin həyat yoldaşı-Səbail r-n qeydiyyat şöbəsinin müdiri olmuş İradə İskəndarovanın qanunsuz hərəkətləri və digər qanunsuzluqlar barədə danışıqlarının qarşısını alınmasına yönəlib-yönəlməməsinə;

7) Bizim saytımızda o cümlədən 12 fevral, 01 aprel, 12 aprel, 22 aprel 2019 il tarixlərində çıxan məqalələrimizdə aliment və qəyyumluqla əlaqədar Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AR AM-nin) müddəalarını sadalamaqla geniş şərh verildiyinə, Abdulla Əfəndizadə tərəfindən məhkəməyə rəsmi Etirazı təqdim edilməsinə baxmayaraq hansı səbəblərdən bu halları məhkəmənin çıxarılmış qərarında qeyd edilməmiş olmasına;

8) Hansı səbəblərdən konustitusiya məhkəməsi Abdulla Əfəndizadəyə məhkəmənin iclas protokolları ilə tanış olmasına imkan yaratmamış olmağına;

9) Bağırov Davudun tərəfindən Abdulla Əfəndizadəyə qarşı xüsusi itiham qaydasında vermiş olduğu şikayətin tərtibində konustitusiya məhkəmənin sədiri olmuş Fərhad Abdullayev hansı səbəbə görə iştirak etmiş olmağına;

10) Konustitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayevin övladı Abdulayev Həbibin ədliyyə nazirinin müavinini və yaxud idarə rəisinin vəzifəsinə təyin edilib-edilməyəcəyinə;

11) Bu günə qədər bir dəfə icraata götürülmüş, konustitusiya məhkəmənin plenumunun qərarıyla qüvvədən düşmüş işlər üzrə ikinci dəfə verilən şikayətlərdən hər hansı biri ikinci dəfə icraata götürülüb-götürülməməsinə (əgər götürülmüş olmuşdusa hansı tarixdə (surətini təqdim etməklə)), əgər götürülmüş olmuşdusa plenum tərəfindən qərarının çıxarılib-çıxarılmamasına (əgər çıxarılmışdısa çıxarılmış qərarının surətinin təqdim edilməsini təmin etməklə);

Dair Sorğumuza ətraflı məlumatları bu Sorğu konustitusiya məhkəmənin qəbul şöbəsinə daxil olduğu gündən 3 (üç) gün ərzində uzağı 28 iyun 2019 il tarixini saat 15:00 keçməmək şərti ilə rəsmi şəkildə təqdim edilməsini artıq dərəcədə xahiş etsək də bu günə qədər konustitusiya məhkəməsi tərəfindən qəsdən, Azərbaycan Respublikasının Qanunlarına hörmətsizlik, sayğısızlıq göstərilmiş olmaqla cavab verilməsindən imtina etmişdilər.

Çünki 29 iyun 2019 il tarixdə məqaləmizin işiq üzü görməsi baş tutmalı idi.

Qeyd etmək istəyirik ki, bu Sorğumuz konustitusiya məhkəmənin qəbul şöbəsinə 24 iyun 2019 il tarixdə saat 15:20-də rəsmən təqdim edilmişdir.

Eyni zamanda Bağırov Davudun, onun bacısı olmuş-ailə, qadın, uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin, həmin komitənin sədiri omuş Hüseynva Hicranın, konustitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayevin, onun həyat yoldaşı İradə İsgəndərovanın, onların övladı Abdullayev Həbibin və digərlərinin barəsində heç bir mövzu yazmamağımızı Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadə israrla bizdən xahiş etdiyini nəzərə alaraq gördüyünüz kimi saytımızda 14 may 2019 il tarixdən hal-hazırki vaxta qədər heç bir məqalələrin işıq üzü görməsi baş verməmişdi. Abdulla Əfəndizadə bu halları ilk olaraq ayağında baş vermiş ağır xəstəliyi, sonra isə Bağırov Davudgillə, onun nümayəndə və vəkili olmuş Quluyev Azər vasitəsilə Amerika Birləşmiş Ştatlarının vətəndaşı azyaşlı Ceylanın anası Merim Beishekeyeva (Beyşekeyeva) ilə hər həftə 72 (yetmiş iki) saat ərzində görüşməsinə, Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana hər həftə gedib-gəlməsi, hər həftə 3 (üç) gün ərzində mehmanxanada qalması üçün Bağırov Davudun tərəfindən pulların ödəniləcəyi, yaxın vaxtlarda bu barədə müqavilənin bağlanacağı haqqında razılığa gəldiklərini bildirməsilə əlaqələndirirdi.

Halbuki biz Bağırov Davudun, Bağırova Cəmilənin, Quluyev Azərin səmimiyyətlərinə inanmırdıq. Bu barədə Abdulla Əfəndizadəyə dəfələrlə xəbərdarlıqlarımızı, bizə çatan dəqiq məlumatları diqqətinə çatdırmışıq.

O ki, qaldı Bağırov Davudun Abdulla Əfəndizadəyə qarşı xüsusi itiham qaydasında vermiş olduğu şikayətinə görə onlar da əsassızdır. Belə ki, Bağırov Davudun şikayətinə qarşı Abdulla Əfəndizadə tərəfindən 25 iyun 2019 il tarixdə verilən Etirazın surətinə diqqət yetirdikdə bütün hallar məlum olur.

Eyni zamanda “MillətinSəsi.info” saytının Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalova 24 iyun 2019 il tarixlə ünvanladığı, 25 iyun 2019 il tarixdə saat 10:16 da Sabunçu r-n məhkəmənin dəftərxanasından qeydiyyatdan keçən məktubundan məlum olur ki, Abdulla Əfəndizadə youtube və facebook sosial şəbəkələrdə etdiyi çıxışlarını “MillətinSəsi.info” saytının yerləşdiyi ünvanda – Bakı ş-ri, Yasamal r-nu, Mətbuat prospekti, 529 məhəllə, “Azərbaycan” Nəşriyyatı, 7-ci mərtəbə də baş vermişdir, “MillətinSəsi.info” loqosu ilə həyata keçirmişdir.

Lakin bu hallara baxmayaraq Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Bağırov Davudun tərəfindən verilmiş xüsusi itiham qaydasında şikayətini 27 iyun 2019-cu il tarixində icraata götürülmüş olması barədə qərarı çıxarmışdı. Çünki digər tərəflərdən gəlmiş təzyiqlərə, göstərişlərə görə, həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quluyev Azərlə hələ Binəqədi r-n məhkəməsindən olmuş tanışlıqların ucbatlarından, daha sonra öz “marağı” baxımından Mirheydər Zeynalov belə qanunsuzluqlarda bulunmuşdu.

Abdulla Əfəndizadə hakimdən nə qədər israrla xahiş etsə də ki, Bağırov Davud məhkəmə iclasında iştirak etsin, ona sualları var, hakim Abdulla Əfəndizadənin vəsatətini təmin etsə də, Bağırov Davud məhkəmə iclasına gəlməmiş, hakim isə Bağırov Davudun bu hərəkətlərinə hüquqi qiymət verməmişdi. Həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin məhkəmənin 10 iyul və 01 avqust 2019 il tarixlərinə təyin edilən iclaslarına gəlmədiyindən AR CPM 315.5. maddəsinə əsasən işin icraatına xitam verməmişdi.

Abdulla Əfəndizadə ixtisasca hüquqşunas olduğuna əsasən ona məhkəmənin tərəfindən təyin etmiş olduğu vəkilindən imtina etməsinə baxmayaraq, Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə “sənə lazım olardı” demiş olub, Abdulla Əfəndizadənin istəyinə qarşı çıxmışdı.

Qəribəsi o idi ki, Bağırov Davud və onun nümayəndə və vəkili olmuş Quluyev Azər Merim Beishekeyevanı (Beyşekeyevanı) əxlaqsızlıqda, yüngül həyat tərzi sürmüş olmaqda, bağırov Davuda guya xəyanət etmiş olmağa görə onu təhqir edəndə, ona böhtan atanda məhkəmələr müxtəlif bəhanə ilə - gah Merim Beishekeyevanın (Beyşekeyevanın) şikayətində imzasını qoymadığını, gah Merim Beishekeyevanın (Beyşekeyevanın) atasının adının, iş yerinin, verdiyi şikayətinin harada tərtib olduğunu göstərilmədiyini, bütün bu hallar yerinə yetirildikdə isə Bağırov Davudun və ona nümayəndə və vəkili olmuş Quluyev Azərin hərəkətlərində cinayət tərkibnin olmadığını bəhanə getirmiş olurdular, ancaq Abdulla Əfəndizadə Bağırov Davudun, və ona nümayəndə və vəkili olmuş Quluyev Azərin, Bağırova Cəmilənin, digər vəzifəli şəxslərin hərəkətlərini ifşa edəndə ona min bir bəhanə ilə əsassız olaraq cinayət işi açmağa çalışmışdılar. Hətta sonuncu dəfə 2017-ci ilin noyabr ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Rizvan Səfərov, Quliyev Azərin qardaşı Quluyev Sahib – hansı ki, Bakı Apellyasiya Məhkəməsinin digər hakimi Sahibxan Mirzəyevin katibi olub, onun xahişinə görə Sahibxan Mirzəyev Rizvan Səfərovdan Quliyev Azərə kömək etmiş olmasını xahiş etmişdi.

Rizvan Səfərov da məhkəmə iclaslarını uzadıb, Abdulla Əfəndizadəni əsassız olaraq kənarlaşdırıb, onun iştirakı olmadan qərarı çıxarmışdı, bu günə qədər çıxarmış olduğu qərarının surətini nə Abdulla Əfəndizadəyə, nə də Merim Beishekeyevaya (Beyşekeyevaya) rəsmən təqdim etməmişdi, ünvanlarına göndərməmişdi, ümumiyətlə hansı qərarı çıxardığı barədə nə özü, nə də katibi məlumat belə verməmişdilər.

Bununla hakim Rizvan Səfərov Merim Beishekeyevanın (Beyşekeyevanın) şikayət vermə hüququnu kobud surətdə pozmuşdu. Ümumiyyətlə əldə etdiyimiz məlumata görə Quliyev Azərin qardaşı olmuş Quluyev Sahib hakim Sahibxan Mirzəyevin ya sədirliyi, ya da yer aldığı məhkəmənin tərkibilə bir çox cinayət işlərində vəkilliyi həyata keçirmişdi, əksər hallarda “bəraət” , azadlıqdan məhrum etmə növünü “azadlığın məhdudlaşdırılması” və ya “şərti” cəzalarla “əvəz etdirmişdi”.

Halbuki Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (AR CPM) 109.1.7. maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda öz-özünə etiraz verməlidir, yaxud da məhkəmə tərkibin digər həkimləri həmin hakimi məhkəmə prosesindən kənarlaşdarmalıdırlar. Lakin göründüyü kimi uzun müddət bu qanunsuzluq davam etmişdi. Yəqin ki, məhkəmə-hüquq şurası bu məsələlərin ciddi araşdırılmasına göstəriş verəcəkdir.

“MillətinSəsi.info” saytının Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalova 24 iyun 2019 il tarixlə ünvanladığı, 25 iyun 2019 il tarixdə saat 10:16 da Sabunçu r-n məhkəmənin dəftərxanasından qeydiyyatdan keçən məktubu

s1

Bağırov Davudun şikayətinə qarşı Abdulla Əfəndizadə tərəfindən 25 iyun 2019 il tarixdə verilən Etirazı:
s2

s3

s4

s5

s6

Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalovun tərəfindən Abdulla Əfəndizadəyə göndərmiş olduğu zərfin surəti:

s7

Redaksiyadan: Bağırov Davud tərəfindən 05 dekabr 2018 il tarixdə baş redaktora onda Merim Beishekeyevanın (Beyşekeyevanın) əxlaqsızlığını sübut etmiş olacaq video və səs yazılarının olduğunu bildirilmişdi, öz vəkili olmuş şəxslə redaksiyaya gəlmiş olacaqlarını bildirib.

Baş redaktor tərəfindən isə bildirilir ki, ona xəbərdarlıq edilmişdir ki, onunla və vəkili ilə bütün danışıqlar, təqdim etmiş olacağı video görüntülərini və səs yazılarını videolentə alınmaq şərti ilə baş verəcək ki, sonradan nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs demiş və təqdim etmiş olduqları sözlərini və sənədləri danmasınlar. Lakin bu günə qədər nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs hələ də redaksiyaya gəlib çıxmayıblar.

Bağırov Davud bundan əlavə Estoniyaya aid mobil telefondan whatsappla baş redaktorla yazışmışdı. Aparılan araşdırma zamanı məlum olur ki, Estoniyaya aid həmin mobil telefon nömrəsi Dubaydakı mağazalardan birindən alınıb,

Bağırov Davudun adına deyildir. Çox güman ki, bu telefonu Bağırov Davuda Dubaydakı tanışları, o cümlədən Mamırova Asel almışdı. Deməli, Bağırov Davud bunu ona görə edirdi ki, sabahısıı günü deyəydi ki, guya o heç bir ismarıc göndərməyib.

Xatırlatma: 2015-ci ildə Hicran Hüseynovanın yaxın qohumu, komitənin aparat rəhbəri olmuş Səfər İmanov öz yerliləri Eynur Kərimovu həmin komitədə gəlirli vəzifəyə qoymuş olacağı ilə onun 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulunu rüşvət kimi alaraq mənimsəmiş olduğu, respublikanın ərazisini tələsik tərk etdiyi ilə əlaqədar saytımızda gedən yazılarla əlaqədar həmin Hicran Hüseynovanın komitəsinin mətbuat xidmətindən dəfələrlə saytın baş redaktoru Tahir Abbaslıya zəng vuraraq “məsələni yoluna qoymaq” xahişləri ilə bulunmasına baxmayaraq, verilən Sorğuya cavab verməkdən qəti imtina etmişdi.


Hicran Hüseynovanın Milan xahişi

 

Maraqlı məqam həm də ondan ibarətdir ki, Merim Beishekeyevanın anası Baktıgül xanım Fransaya köçməzdən əvvəl İtaliyada yaşayarkən Davudun bacısı Cəmilə Bağırova ona zəng edib.

O, işlədiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovanın İtaliyanın Milan şəhərində yaşayan qızının körpəsi üçün dayə tapmaqda Davudun qayınanası Baktıgül xanımdan köməklik göstərməsini xahiş edib. 

Görəsən Hicran Hüseynovanın qızı həmin pulları necə qazanıb ki, İtaliyada təmtəraqlı ev ala bilib, uşağına da bahalı dayə tutmaq istəmişdir.

Mövzuya qayıdacağıq. 

Qeyd: Bu gün Abdulla Əfəndizadənin videomüraciətləri youtube və facebook sosial şəbəkələrdə işıq üzü görüb.

 Millətinsəsi.info saytının Araşdırma Qrupu


NUH informasiya agentliyi səhifəsindən çap edilib