Dərc edilib: 07-08-2019

https://www.nuh.az/20352-.html

Bayram namazının vaxtı açıqlandı

07.08.2019 17:57:48

Mədəniyyət

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

 

  Qaynarinfo xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib