Dərc edilib: 07-08-2019

https://www.nuh.az/20353-.html

Vətəndaş nazirdən kömək istəyir

07.08.2019 18:46:35

Cəmiyyət

Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq  Kamran oğlu daxili işlər naziri, general-polkovnik  Vilayət Eyvazova  müraciət edib. 

NUH.az-a daxil olan müraciəti  olduğu kimi dərc edirik.


Cənab nazir !


Yazıb Sizə bildirmək istəyirəm ki, məni - Eyvazov Tofiq Kamran oğlunu  2011-ci ilin dekabrın 19-da, saat 15-00-da  Səbail Rayon Polis İdarəsinin ozamankı rəisi İlqar Mahmudovun  ( keçmiş milli təhlükəsizlik  naziri  Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə  çağırdılar.İdarədə məndən baş müstəntiq  Müslüm Quliyev izahat aldı. Sonra  gözləmədiyim halda 3 polis ( biri zabit) qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:

1.  1000 (min ) ABS dolları pulumu,

2.  Blek Berli VİP telefonumu,

3.  Vertu telefonumu,

4.  Briliyant qaşlı üzüyümü,

5.  Briliyant  qaşlı saatımı,

6.  300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.

 

7. S-klass mercedes avtomobilimi və avtomobildə olan 20 min dollar və 5 min funt sterlinq  pulumu guya müsadirə ediblər.

 

 

 Sonra mən 6 il həbsxana həyatı yaşadım. Və 2017-ci ildə azadlığa çıxdım. Mən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək  məndən götürülən əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.

Bir müddət əvvəl  Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etmişdim. Mənim müraciətim Sizin imzanızla Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi. Orada mənə məxsus avtomobilin yeri müəyyən olundu və mənə gözlə dedilər. Ancaq hələ də mənə məxsus vəsaiti və əmlakımı ala bilmirəm. Hörmətli Vilaayət Eyvazov  cənabları! Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.

 

Sizə dərin hörmətlə, Eyvazov Tofiq Kamran oğlu.


NUH informasiya agentliyi səhifəsindən çap edilib