Dərc edilib: 07-08-2019

https://www.nuh.az/20356-.html

Qırğızıstanda Atambayevin həbsinə başlanıldı - Yaralılar var + Video

07.08.2019 19:37:15

Region

Qırğızıstanda ölkənin keçmiş prezidenti Almazbek Atambayevin həbsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyata başlanılıb.


"Qafqazinfo"nun məlumatına görə, bu barədə "TASS" xəbər verib. Atambayevin imarətgahına hücum nəticəsində tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd edilir. Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır.

A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib