Dərc edilib: 08-08-2019

https://www.nuh.az/20360-.html

Azərbaycanlı teleaparıcı 45 milyon dollara torpaq sahəsi alıb

08.08.2019 13:12:55

Reportaj

"Proyekt"in jurnalistləri "Россия 24" telekanalının aparıcısı Nailə Əskərzadənin Rublyovkanın Razdor kəndində təxminən 43 min kvadrat-metr ərazisi olan torpağını üzə çıxarıblar.  

 baku.ws   xəbər verir ki, aparıcının torpaq sahəsinin yaxınlığında vaxtilə Mixail Qorbaçovun, daha sonra Boris Yeltsenin yaşadığı "Barvixa-4" dövlət bağ evi yerləşir.
Bundan əlavə, teleaparıcının torpaq sahəsinin yaxınlığında qırmızı kitaba düşmüş heyvanların saxlanıldığı qoruq yerləşir. 
Torpaq sahəsinin 45 milyon dollar dəyərində olduğu bildirilir.
Sözügedən ərazi bir il əvvəl rəsmən Nailə İskəndərzadənin adına sənədləşdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib