Dərc edilib: 10-08-2019

https://www.nuh.az/20391-.html

Şair Yafəs Türksəsin erməni yazıçılarına müraciəti

10.08.2019 16:35:02

Hadisə

Tanınmış şair Yafəs  Türksəs erməni  ziyalılarına müraciət edib. 

 

Erməni yazıçılarına müraciət.


Erməni yazıçıları, sizə bu müraciəti etməkdə məqsədim odur ki, indiki posttarix bir zamanda, erməni millətçilərinin və erməni siyasətçilərinin, öz xalqını aldatmasına göz yummayasınız.
Erməni dövlətinin ərazisini böyütmək vədləri altında, o qüvvələr xalqı aldadaraq hakimiyyətə gəlir və öz xalqını soyub talayırlar. Müharibələrə, münaqişələrə cəlb edərək boş yerə öz xalqlarının qanını axıdırlar.
Bütün dünyada adi kütlələri öz siyasətçiləri asanlıqla aldada bilir, amma çox vaxt o xalqın ziyalıları buna imkan vermir. Siz erməni ziyalılarının çoxu isə bu avantürist qüvvələrə ya dəstək verdi ya da susdular. Məgər siz yazıçılar bilmirsiniz ki, bu hadisələr avantürist erməni millətçiləri və Rusiya siyasətçilərinin bir aldadıcı oyunudur.
25 il keçməsinə baxmayaraq heç bir dövlət Qarabagı nə müstəqil dövlət kimi, nə də Ermənistanın tərkibi kimi tanımadı. Sizləri aldadan Rusiya belə, cəsarət göstərib Qarabagı müstəqil dövlət kimi tanımadı.
Nəyə ümüd edirsiniz? Ermənistanın ümumi büdcəsi qədərdir bizim Müdafiə Nazirliyinin büdcəsi. Müharibə olsa bu büdcəni dəfələrlə artırmaga imkanımız da var. Əhalimiz üç dəfə sizdən çoxdur.
Arxamızda türk və əksər müsəlman dövlətləri. Bir düşünün, qələbəyə ümüd verən nəyiniz var. "Dostunuz" Rusiya iqtisadi böhran içində çabalayır. Yenə tarix təkrar olacaq, 1915-ci ildəki kimi yiyəsiz qalacaqsınız. O zaman artıq sülhə razılıq vermədiyinizə peşiman olacaqsınız.
Bizim Dövlətin səbr göstərməsinin əsas səbəbləri qan tökülməsini istəmədən sizləri başa salmaqdır.
İkinci səbəb, kimlərin qələbə çalmasından asılı olmayaraq o gözəl məkanlar, müasir müharibə silahlarından xarabazara dönəcək deyə, müharibə istəmirik.
Amma, müharibə baş versə, sizlər üçün çox çıxılmaz bir vəziyyət yaranacaq.
Millətçiləriniz, qarabaglı erməniləri sevirsə, qoy imkan versinlər onlar yüksək statusda, (lap azad iqtizadi zona da verə bilərik...) olan bir muxtariyyatda yaşasın. Həm Azərbaycanın, həm Ermənistanın köməyi ilə yaxşı yaşasın.
Amma, o millətçilər xalqın qanıyla, faciəsiylə özlərinə karyera qurmagı üstün tuturlar.
Siz erməni yazıçıları öz xalqınızı bu avantürist siyasətçilərinızin əlindən alın. Rusiyanın çox agır, faciəvi boyundurugundan çıxartmaga çalışın!

NUH informasiya agentliyi səhifəsindən çap edilib