Dərc edilib: 10-08-2019

https://www.nuh.az/20394-.html

Nazir müavini İlham Quliyev vəzifəsindən azad edilib ?

10.08.2019 18:03:01

Maqazin

NUH.az-a daxil  olan məlumata görə,  uzun illər  kənd təsərrüfatı nazirinin  müavini  olan İlham Quliyev vəzifəsindən azad edilib. 


Məlumat üçün bildirək ki, İlham Quliyev  keçmiş  nazirlər  İsmət Abbasovun,  Heydər Əsədovun müavini olub. 

 

O, uzun illərdir  nazirlikdə maliyyə və fermerlərə ayrılan subsidiya məsələlərinə nəzarət edirdi. 

Onun  Bakı  şəhərində və bölgələrdə KİFAYƏT qədər  geniş biznes şəbəkəsi və mülkləri var. Mülklərin çoxu  bir xanımın adınadır. 

Xəbəri dəqiqləşdirməyə  çalışsaq da mümkün olmadı. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib