Dərc edilib: 10-08-2019

https://www.nuh.az/20396-.html

Azərbaycanda dəbdən düşən adlar: Lalə, Davud... (SİYAHI)

10.08.2019 19:10:45

LIVE

Azərbaycanda bəzi insan adları var ki, artıq yeni doğulan uşaqlara həmin adların verilməsi dəbdən düşür.

Son beş ildə (2014-2018) Davud adı ən az qoyulan adlar siyahısında liderlik edir.
Belə ki, bu illərdə 1337 uşağa Davud adı qoyulub. Bu adın verilməsi ildən-ilə azalıb.
Bir zamanlar məşhur olan Fuad adı da artıq dəbdən düşənlər siyahısındadır.
Müvafiq illərdə 1280 uşağa Fuad, 1270-nə Sənan, 1260-na Fateh, 1211-nə Miray, 1193-nə Sübhan, 1164 nəfərə isə Bahar adı qoyulub.
Ən az qoyulan adlar siyahısında son üçlük isə qız adlarıdır.
Belə ki, 2014-2018-ci illərdə 1150 nəfər Əsnad, 1143 nəfər Aişə, 1141 nəfər qız uşağına isə Lalə adı qoyulub.
Qeyd edək ki, yuxarıda sadalanan adların qoyulma halları 2014-cü ildən 2018-ci ilə doğru azalma ilə müşahidə olunub. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib