Dərc edilib: 12-08-2019

https://www.nuh.az/20411-.html

Generalın yeni müavini Əhmədzadənin kürəkənidir?

12.08.2019 17:06:47

Hadisə

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub. Onun yerinə polkovnik-leytenant İlham Rəcəbov gətirilib.


İ. Rəcəbovla bağlı “Yeni Sabah”a məlumat verən mənbə bildirib ki, yeni müavin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkənidir. O, bu vaxta qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib