Dərc edilib: 13-08-2019

https://www.nuh.az/20415-.html

“Biri o birindən eybəcərdir” - Rusiyada müsabiqə qalibləri tənqid edildi

13.08.2019 09:10:53

Maqazin

Sosial şəbəkə istifadəçiləri “Missis Rusiya” gözəllik müsabiqəsinin nəticələrini kəskin şəkildə tənqid ediblər. 

“Qafqazinfo”nun məlumatına görə, onlar öz narazılıqlarını İnstaqram və Tvitter hesablarında bildiriblər.

Belə ki, qaliblərin fotosuna “Deyəsən, müsabiqəni səhv salıblar. Bu, “Missis Rusiya” yox, “Madam Pensiya”dır””, “Əsl rus gözəlləri hara yoxa çıxıb?”, “Biri o birindən eybəcərdir”, “Ögey ana qızları ilə” və s. kimi şərhlər yazılıb.

Qeyd edək ki, “Missis Rusiya” gözəllik müsabiqəsində birinci yerə Krasnodar diyarının Gelencik şəhərindən olan Yekaterina Nişanova layiq görülüb.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib