Dərc edilib: 13-08-2019

https://www.nuh.az/20416-.html

"Binə" ticarət mərkəzində yanğın

13.08.2019 09:38:22

Kriminal

"Binə" ticarət mərkəzində yanğın olub.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib