Dərc edilib: 13-08-2019

https://www.nuh.az/20420-.html

Zakir Həsənov ön xətdə - Fotolar

13.08.2019 19:57:46

Reportaj

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib. 

Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib