Dərc edilib: 16-08-2019

https://www.nuh.az/20445-.html

15 yaşlı oğlanı öpən keşiş həbs edildi - ABŞ-da

16.08.2019 13:12:53

Maraqlı

ABŞ-ın Florida ştatında 15 yaşlı oğlanı öpən 44 yaşlı pastor (protestant keşişi) Moris Deyv Lin həbs edilib.


“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, o, mağazada yeniyetməyə məktəb ləvazimatları almaqda yardım edib. Daha sonra onlar oğlanın evinə yollanıb. Evdəkilərin yoxluğundan istifadə edən pastor orada oğlanı öpməyə başlayıb. Gələn dəfə isə onunla cinsi əlaqəyə girəcəyini deyib.

Deyv Lin yalnız 75 min dollar qarşılığında azad buraxıla bilər.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib