Dərc edilib: 16-08-2019

https://www.nuh.az/20453-.html

Bakıda itən uşaqlar Bərdədə tapıldı - Qaraçı qadın oğurlayıb

16.08.2019 16:49:46

Kriminal

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.

 

Bu barədə Unikal.org-a uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tanmadığı qadın oğurlayıb: "O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib