Dərc edilib: 17-08-2019

https://www.nuh.az/20456-.html

deputatdan təklif: - "Xankəndidə Türkiyənin konsulluğu açılsın"

17.08.2019 10:03:28

Region

"Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru, eks-deputat Alqış Musayev Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan Xankəndi şəhərində Türkiyənin konsulluğunun açılması tərəfdarıdır.

Eurasia Diary xəbər verir ki, o, belə bir qəribə təkliflə özünün feysbuk hesabında çıxış edib.

"Azərbaycanın strateji məntəqələrində - Naxçıvanda və Gəncədə Türkiyənin konsulluğu fəaliyyət göstərir. Xankəndində niyə olmasın? Aydındır ki, hazırda bunu praktiki baxımdan reallaşdırmaq mümkün deyil. Amma bu, heç bir hüqiuqa zidd deyil. Belə bir qərarın (simvolık olsa da) qəbulu və elanı böyük siyasi fayda gətirər", - deyən keçmiş deputat hesab edir ki, bu addım problemin həllinə yeni təkan verər və Ermənistana ciddi xəbərdarlıq olardı:

"Eyni mövqedən bir neçə müsəlman dövlətinın çıxış etməsi daha böyük siyasi və diplomatik effekt doğura bilər. Belə bir həmrəylik alınarmı?"

NUH informasiya agentliyi səhifəsindən çap edilib