Dərc edilib: 19-08-2019

https://www.nuh.az/20474-.html

Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi

19.08.2019 15:38:51

Günün sitatı
Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

"Report"  xəbər verir ki, polis polkovnik-leytenantı Bəkir Cabbarov şöbənin rəisi vəzifəsinə təyin edilib.

Bu təyinata qədər B.Cabbarov Zəngilan RPŞ-də rəis müavini idi.
Qeyd edək ki, Zəngilan polisinin əvvəlki rəisi, polis polkovniki Ənvər Həsənov isə bir müddət əvvəl Ağcəbədi RPŞ-nin rəisi təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib